Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovla bağlı şok iddia yayılıb.
Milli.Az olay-a istinadən bildirir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində əldə etdiyi məlumata görə, Orxanın həbs olunmadığını bildirib.
- "5 ay əvvəl Orxanla danışıblar, sağ idi" - FOTO
O, deyib ki, onun iki pasportu - biri saxta, digəri isə əsl sənədi olub. O. Nadirovun sərhədi keçməsi ilə bağlı heç bir məlumatın olmadığını qeyd edib.
Orxanın anası isə "Orxan mənə 8 ayda bir dəfə də olsun zəng etməyib. Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı məndə almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla dnaışırdım", - deyə, vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun