"Uzak Şehir" serialında Sadakat obrazını canlandıran türkiyəli aktrisa Gonca Cilasun cəsarətli addımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, 60 yaşlı sənətçi paraşütlə təyyarədən tullanaraq adrenalin dolu anlar yaşayıb. Onun bu macəralı anları kameraya çəkilərək sosial şəbəkədə paylaşılıb.
Gonca Cilasunun yaşına baxmayaraq belə riskli və həyəcanlı fəaliyyətə qatılması izləyicilərini heyrətləndirib. Görüntülər qısa zamanda maraq doğuraraq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aktrisanın paraşütlə atıldığı anları təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















