Azərbaycanlı reper Zamiq Əliyev (Yap10) ona türk müğənni Ece Seçkindən duet təklifinin gəldiyini açıqlayıb.
OLAY yazır ki, o, bu barədə instaqramda məlumat yayıb. Bildirib ki, Seçkin son anda layihədən çəkilib:
“Şərhdə, ətrafda mənə deyilir ki, “Boyum olsa da, 1.50” viralından istifadə edə etməmişəm. Sizinlə razıyam, amma heç nə bildiyiniz kimi deyil. Bizə türk və azərbaycanlı prodüserlər vədlər verdilər. Təəssüf ki, bunlar boş vədlər idi. Biz onları gözləyə-gözləyə bütün vaxtımız getdi. Biri Ece Seçkin idi. Birbaşa mənimlə əlaqə saxladı, “1.50” viralının möhtəşəm olduğunu dedi. Biz də təşəkkür etdik. Duet təklifi gəldi. Biz də komanda olaraq operativ yanaşdıq, başladıq çalışmağa. Lakin növbə səsyazmaya çatanda qarşı tərəfdən xəbər çıxmadı. Bu, bizə də qəribə gəldi. Səbəbsiz. Bunu özümüzə və musiqimizə hörmətsizlik kimi qəbul etdik. Tək bu, deyil. Çox vəd var idi. Həmin vaxtlardan sonra bir az həvəsdən düşdüm. Tam həvəsimi öldürə bilmədi. Ona görə də qarşıdan gələn günlərdə sizə “1.50” adlı layihə paylaşacam”.