İlkinin atası ilə Elşənin maraqlı dialoqu…

İlkinin atası ilə Elşənin maraqlı dialoqu…

Aktyorlar İlkin Həsəni və Elşən Orucov Laçın səfərlərində maraqlı anlar yaşayıblar.

OLAY yazır ki, Həsəni sözügedən şəhərdə bir gün də qalmaq üçün atasına zəng edib.

Onun “Yaxşıyam, Həkəri çayının üstündə dayanmışam, sadəcə burada bir dənə görüntümü korlayan Elşən var” ifadələrindən sonra, atası bunları deyib:

“Ona tapşır ki, bu saat burada durub gedib, Eldar kişini (red. – Elşən Orucovun atası) çırparam. Sevin ki, atanın adı çəkilişə düşdü”.

Daha sonra Orucov telefonu əlinə alaraq İlkin üçün icazə istəyib:

“İstəyirdim sizdən icazə alım. İlkin bu gün də Laçında qalsın. Mənimlədir, narahat olmayın. Əynini qalın geyinib. Vaxtlı-vaxtında yeməyini yeyir, nadinclik etmir. İlkin də deyir ki, mən atamdan qorxuram, sən zəng et, icazə al. İcazə verirsinizsə, biz zəng vuraq, başqa yerlərdən də icazə alaq”.

“Yox, o atasından heç vaxt qorxmayıb. Sadəcə həmişə hörmət edib. Sən bir dənə yadında saxla ki, axırıncı sözü mən deyirəm”, - deyə, Həsəninin atası cavab verib.