Elnarə toylara getmir?

Elnarə toylara getmir?

Müğənni Elnarə Xəlilova MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aparıcının "Toy mərasimlərinə getmirsiniz" sualına müğənni belə cavab verib:

"Toy mərasimi elimizin adətidir. Buna heç nə demirik. Sadəcə başqa bir məsələ var və həyatımda o mərhələni çoxdan keçmişəm. Kiminləsə meyxana oxuyub, sabah toy mərasimlərinə gedə bilərəm. Amma bunu bilərəkdən etmirəm. Əvəllər bu kimi hallar olub.

Toy mərasimlərinə indi də gedirəm. Məsələn, qazi toyudur, xahiş edirlər, necə getməyəsən? Elə məclislər var ki, biz oraya böyük məmnuniyyətlə gedirik. Amma bunu biznesə çevirmək və bazara daxil olmaq niyyətim yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun