Rusiyalı məşhur müğənni Yeqor Krid səhhətində problem yarandığını açıqlayıb.
OLAY yazır ki, sənətçi həkimlərin ona serebral hipoksiya diaqnozu qoyduğunu deyib.
“Mənə dedilər ki, boyunda hər iki tərəfdə iki boru var və onlar qanı beyinə vurur. Məndə isə bu borulardan biri var, sol tərəfdəki əyilib, problem var. Ya osteoxondrozdan, ya başqa bir şeydən. Qan beynimə qeyri-bərabər axır. Buna görə də, oksigen çatışmazlığı və başgicəllənmə olur”, - deyə, Krid bildirib.
Müğənni əlavə edib ki, xəstəlik artıq ona mane olmur. Müalicəsi davam edir, vəziyyəti yaxşıdır.