Reper Timur Yunusovun (Timati) qızı Alisa YouTube-da yayımlanan “Ulduzların pin kodu” şousunda ABŞ-yə getmək arzusunda olduğunu etiraf edib.
OLAY yazır ki, on yaşlı Alisa Amerikada ən azı beş il yaşamaq istədiyini söyləyib. O, kino aktrisası olmağı planlaşdırır.
“Kino bir dubla çəkilmir. Səhv etsəniz, yenidən çəkilə bilərsiniz, buna şans var. Amma teatrda səhv edirsənsə, deməli, artıq səhv etmisən”, - deyə sənətçinin qızı paylaşıb.
Alisa 2014-cü ildə Timati ilə model Alena Şişkova arasındakı münasibətdə anadan olub. 2015-ci ildə məşhurlar ayrılıb. Daha sonra Yunusov 2014-cü ildə bloger Anastasiya Reşetova ilə münasibətə başlayıb. 2019-cu ildə onların oğlu Ratmir dünyaya gəlib. Bir il sonra cütlük ayrılıb.