“Ad günün mübarək, istefa” - FOTO

“Ad günün mübarək, istefa” - FOTO

Avroviziya qalibimiz Eldar Qasımov növbəti yaşını qeyd edib.

Milli.Az olay-a istinadən bildirir ki, 35 yaşı olan sənətçiyə həmkarı Nigar Camal maraqlı təbrik yazıb. 

Eldarı paylaşımına görə peşman etdilər: "Uğursuz, istefa ver" - FOTO 

Nigar Eldar üçün sosial şəbəkələrdə başladılan "İstefa" kampaniyasını xatırladaraq "Ad günün mübarək, istefa", - deyə, bildirib. 

Xatırladaq ki, Avroviziyada iki il ard-arda finala keçə bilməməyimizdə deleqasiyada musiqi prodüseri kimi çalışan Eldar günahlandırılmış və sosial şəbəkələrdə istefa etməsi tələb olunmuşdu.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun