Müğənni Xatirə İslam arıqlamasının sirrini bölüşüb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə yazıb. O, pəhrizlə çəki itirdiyini bildirib:
"Görənlər soruşur ki, əməliyyat olunmusan? Xeyr! Yadınızda saxlayın ki, bu dünyada arıq olmağın ən birinci yolu pəhriz saxlamaqdır. Bir az çəki almışdım. Amma pəhrizlə 1 həftə içində 5 kiloqram arıqladım. Artıq kiçik ölçü belə əynimə boş qalır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun