“Dedilər ki, bizə ikinci Flora Kərimova lazım deyil”

“Dedilər ki, bizə ikinci Flora Kərimova lazım deyil”

"Sənətə gələndən Flora xanımı sevmişəm. Hara gedirdimsə Flora xanım Kərimova kimi oxuyurdum. Bir gün Aztv-yə gedəndə orada kanalın baş redaktoru var idi. O vaxtı da səsə qulaq asıb sonra efirə buraxırdılar, indiki kimi deyildi. Elbrus müəllim səsimə qulaq asıb dedi ki, bu Flora kimi oxuyur, bizə ikinci Flora Kərimova lazım deyil. Gəlib oturub ağlayırdım ki, mən necə edim ki, özüm kimi oxuyum?! Sonra elə oldu ki, yavaş-yavaş özümü tapdım. Bu təbii ki, Flora xanıma olan sevgimə görə belə idi".
.
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra illər öncə sənətdə çəkdiyi əziyyətli günlərdən danışıb.
 
"Bizim o vaxt çəkdiyimiz əziyyətləri heç bir müğənni bu gün çəkmir. Heç o günlərin bir gününü də yaşaya bilməzlər. Dözə bilməzlər. Biz dözümlü olmuşuq. Kalxozlarda, sovxozlarda, zəhmətkeşlərin qarşısında çıxışlar edirdik. İndikilər kimi bahalı otellərdə gedib qalmırdıq. Otellər də şəraitsiz idi. İki lapeti birləşdirib səhnə düzəldirdilər. Bəzən işıq sönürdü məcbur idik ki, lapma işığında oxuyaq", - deyə sənətkar bildirib.
 
Ruhəngiz Allahverdiyeva deyir ki, söz-söhbətdən, dedi-qodulardan hər zaman uzaqdır:
 
"Hər kəsin arxasınca danışırlar. Qulağım gündə 100 söz eşidir. Heç nə demirəm. Sonra o insanı görəndə nə salam verirəm, nə də ki, əlaqə saxlayıram. Soruşur ki, niyə belə? Deyirəm ki, yaxşı fikirləş, taparsan".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun