Kemal Doğulu sosial mediada eks-meneceri Tolqa Ö-yə qarşı təhqir və hədələmə iddialarına görə hakim qarşısına çıxıb.
OLAY yazır ki, türkiyəli məşhur modelyer ittihamları qəbul edərək bu sözləri deyib:
“Paylaşımları mən emtişəm. Bir dönəm menecerliyimi edən Tolqa məni aldadıb. Məndən başqa sponsoruma, əhatəmdəki şəxslərə və gözəllik yarışmasındakı dostlarıma fırıldaq gəlib. Ona görə mağazama sələmçilər hücum etdi. Başıma silah dirədilər. Hadisələr uzanmasın deyə, şikayət etmədim. Əsəbi halda bu sözləri yazdım. Fotolarını sosial mediada paylaşmaqla hədələdim və etdim. İttihamları qəbul edirəm. Yazdığım sözlər üçün peşmanam. Şikayətindən vaz keçsə, mən də məhkəməyə müraciət etmərəm”.
İfadələrdən sonra məhkəmə prosesi başqa bir tarixə ertələnib.
Qeyd edək ki, K.Doğulu aktyor Kadir Doğulunun qardaşıdır. O, daha çox “İşte benim stilim” yarışması ilə məşhurlaşıb.