"İndiki gəncləri yanlış yarışmalar qorxudur. Yanlış təbliğat aparılır: azad olmaq gözəldir, tək, məsuliyyət götürmədən yaşayım. Tək yaşamağa nə var ki? Normal insansansa, tək yaşaya bilməzsən, qanadın olmalıdır".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı "Zaurla Günaydın" verilişində deyib. Aktyor gənclərə məsləhətlər verib:
"Qız, oğlan müəyyən yaşa gələndən sonra ailə qurmalıdır. Azadlıq bir yerə qədərdir. Ağ atlı oğlan, ağ örpəkli pəri, gözəl gözləyənlər tək qalıb. Tək qalıb, öləndən sonra qonşunun 1 həftə sonra xəbəri olduğu adam görmüşəm. Gəncliyin dadını çıxartmaq üçün yanında sənə sevginin, övladın dadını anlatan biri lazımdır. Hansı yalançı azadlıq övladı əvəzləyə bilər? Bizə ata və anamız ömür verib. Biz də kiməsə ömür verməliyik.
Zorla evlənməlisən olmaz. Günün hesablarını nəzərə alaraq yox, sevərək, anlayaraq olmalıdır. Xoşagəlmək, istəyərək evlilik başqadır. Sonra həyatı məcbur bir yerdə yaşayıblar. Amma sevərək evlənmək lazımdır. Sevərək ailə qurun. Sevgidən yetişən nə varsa gözəl olur".
N.Mehdixanlı ilk dəfə xanımından danışıb:
"Bir-birimizi tanıdıq, onu sevdim. Biz çox çətinliklə evlənə bildik. Mən ondan əl çəkmədim, o da sözündə durdu. Onu mənə vermirdilər. Çünki çox yüksək, yuxarıda duran ailənin qızı idi. Problemlər bizim övladlarımız olana qədər davam etdi. Evliliyimizin üstündən 10 il keçəndən sonra onun ailəsi bizi qəbul etdi. Mən hədələrə baxıb, başqası ilə evlənə bilərdim. Ancaq bildim ki, yol gedə biləcəyim xanım o olacaq. İndi bizim 3 övladımız var. İki də nəvəmiz var. Xanımımın atası prokuror idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun