Türkiyəli aktyor Cem Yılmazın səhhətində problem yaranıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor şousu zamanı tamaşaçılarına danışıb. Həkimə getdiyini açıqlayan Cem Yılmaz sağ gözünün görmə qabiliyyətinin yarısını itirdiyini bildirib:
"Gözüm görmür. Həkimə getdim, sağ gözümdə çox maraqlı bir xəstəlik olduğunu dedi. Torlu qişa arxadakı yerindən ayrılıb. Gözüm 50 faiz görmə qabiliyyətini itirib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun