Müğənni Elşad Qarayevlə onun ifasını tənqid edən Xalq artisti Ağadadaş Ağayev arasında qalmaqal davam edir.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, E.Qarayev qarşı tərəfin tənqidini qəbul etməyib. Qarayev "Elgizlə izlə" verilişində mahnısını oxuduğu müğənniyə söz atıb:
"Ağadadaş Ağayevi duelə çağırdım, amma gəlmədi".
Aparıcı Elgiz Əkbərin "Ağadadşın işi-gücü yoxdur" sualına E.Qarayev "Bəs, mənim işim-gücüm yoxdur" reaksiyasını verib.
Qeyd edək ki, A.Ağayev "Necə deyim" mahnısını oxuyan E.Qarayevin ünvanına "Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu" sözlərini söyləyib.
E.Qarayev isə "Ağadadaş Ağayevi duelə çağırıram. Gözləyirəm... Öz mahnılarıma nə olub ki, Ağadadaşın mahnısını oxuyum? Bu işin axırına çıxmalıyam ki, mahnını mən düz oxumuşam" sözlərini deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun