Tom Cons “The Voice”dan qovulub?

Tom Cons “The Voice”dan qovulub?
Tom Cons “The Voice”dan qovulub?

Müğənni Tom Cons Britaniyanın məşhur “The Voice” şousunun 2012-ci ildəki ilk mövsümündən etibarən dörd münsifdən biri olub.

OLAY yazır ki, indi isə 86 yaşlı müğənni şoudan “qovulduğunu” açıqlayıb. “It's Not Unusual” mahnısı ilə tanınan Tom Cons şounun 14 mövsümündən 13-də iştirak edib. O, 15-ci mövsümə qayıtmayacağını və bu qərarın öz seçimi olmadığını bildirib.

“Aydın olsun deyə, “The Voice”dan ayrılmaq istəmirdim. Bu şounu sevirəm və tamaşaçılara böyük dəyər verirəm. Qərarı kanal verib, görünür, bu qərar xeyli əvvəl qəbul olunub və mənə yalnız bu yaxınlarda bildirilib” deyə müğənni yazıb.

Tom Consun sözlərinə görə, ayrılmasına səbəb maliyyə çətinlikləri göstərilib. O həmçinin mətbuatda şounun yenilənmək istədiyi və yeni jüri heyətində onun üçün yer olmayacağı barədə xəbərlərin yayıldığını bildirib.

Mənbə: olay.az