Aktyor Fransua Arno bu yaxınlarda “Saint Laurent” brendinin səfiri təyin edilib.
OLAY yazır ki, iki həftə əvvəl isə moda evinin kreativ direktoru Entoni Vakarellonun vəzifəsindən ayrıldığı məlum olub.
Çərşənbə axşamı, oktyabrın 27-də keçirilən “WWD Honors” tədbirində Fransua dizaynerə ehtiramını onun yaratdığı oversayz kostyumu geyinməklə ifadə edib. O, həmçinin moda ikonasının yaradıcılığının ona təsirindən danışıb.
Fransua geyimi haqqında “WWD” nəşrinə açıqlamasında bildirib: “Bu, çox zərifdir. Entoninin işlərində bayağı heç nə yoxdur”.



Mənbə:
olay.az
















