"Yeşilçam"ın aktyoru Murat Soydan vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 83 yaşında dünyasını dəyişib. Bu barədə onun qızı Mehveş Tercan sosial media hesabında yazıb.
Qeyd edək ki, M.Soydan "Dünyanın en güzel kadını", "Ayşem", "Yalan yıllar", "Kahveci Güzeli", "Sana dönmiyeceğim", "Nisan yağmuru", "Yarın başka bir gündür" kimi məşhur ekran işlərinin baş rollarını canlandırıb. Bir çox ekran işində onun tərəf müqabilləri əfsanəvi aktrisalar Türkan Şoray və Hülya Koçyiğit olub. Karyerasına "Kolsuz kahraman" filmi ilə başlayan aktyor 200-ə yaxın ekran işində yer alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun