Əməkdar artist Rafael İskəndərov səmimi açıqlamalar verib.
OLAY yazır ki, “Qapqara” verilişində qonaq olan sənətçi mərhum Xalq artisti Fuad Poladovdan söz açıb:
“Allah Fuad müəllimə (Fuad Poladov - red.) rəhmət eləsin! Üç il bizim müəllimimiz olub. O məni bəyənmirdi. Mənə Çexovun “Albalı bağı” tamaşasında epizod rol – nökər obrazı verilmişdi. Təsəvvür et ki, Hüseynağa Atakişiyevlə teatrda işləyirsən, baş rol alırsan, İncəsənət Universitetində V kursda oxuyursan, sənə epizod rolu verirlər və səni bəyənmirlər. Hüseynağa müəllim tamaşaya gəldi, baxdı. Səhəri gün sevinə-sevinə soruşdum ki, müəllim, necə idi? Mənə dedi ki, içi Fuad qarışıq heç biriniz heç nə bilmirsiniz”.