Aktyor Tom Hardi “MobLand” serialından işdən çıxarıldığı barədə yayılan söz-söhbətlər fonunda həmkarları ilə birlik nümayiş etdirib.
OLAY yazır ki, “Oskar”a namizəd olan aktyor sentyabrın 10-da İngiltərənin London şəhərində serialın ikinci mövsümünün premyerasının qırmızı xalçasında Pirs Brosnan və Helen Mirrenlə bir araya gəlib.
Xatırladaq ki, son bir neçə ay ərzində Tomun serialdakı iştirakı ətrafında böyük qalmaqal yaşanmışdı. Buna səbəb aktyorun layihədən uzaqlaşdırıldığı barədə yayılan xəbərlər idi.
Daha sonra yayılan məlumatlarda “Venom” filminin ulduzunun çəkiliş meydançasında aktyorları və heyəti gözlətməyə məcbur etdiyi, həmçinin çəkilişlər zamanı prodüserlərlə münaqişə yaşadığı iddia olunmuşdu.
Məlumata görə, bu problemlər artıq həllini tapıb və Tom məşhur serialın qarşıdan gələn üçüncü mövsümündə roluna qayıdacaq.





















