Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”

Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”

Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin  keçmiş nişanlısı Xan ayrılıqla bağlı sərt açıqlamalar verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  sosial mediada paylaşım edən Xan şəxsi həyatı və ayrılığı ilə bağlı ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Xan ayrılığın səbəblərinin yaxşı bilindiyini deyərək onu qınayanlara sərt mesaj göndərib:

"Allah, mən, ailəm və keçmiş iş yerim hər şeyə şahiddir. Ayrılıq niyə olub, hamı yaxşı bilir. Məni qınayanların başına və balasının başına gəlsin. Vəssalam. Sormayın məndən heç nə".

Xan həmçinin bəzi müsahibələrdə ayrılıq səbəblərinin düzgün təqdim olunmadığını bildirib. O, jurnalistlərə səslənərək məsələnin əsl səbəbini araşdırmağı xahiş edib.

"Çox xahiş edirəm, yalançı, saxta müsahibələrə ürəyiniz ağrıyanda ayrılığın səbəbini soruşun. Görün ayrılıq nə üstündə olub? Durduq yerdəmi istifadə edib aldadıb qaçmışam mən?" - deyə o qeyd edib.

Xan bildirib ki, haqqında deyilənlərə cavab vermək əvəzinə susmağa və hadisələrin gedişatını izləməyə üstünlük verəcək.

"Bir işin içini bilmədən nə tez mühakimə etməyə qalxırsız? Mən sadəcə susacam və kimsəni nüfuzdan salmayacam. Baxmayaraq ki, hər yerdə nüfuzdan salmağa çalışırlar absurd müsahibələrlə. Amma mən susacam və izləyəcəm gedişatı", - deyə o əlavə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az