İş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov dənizə baxan villasının içini ilk dəfə nümayiş etdirib. O, kadrları "Instagram"da yayımlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, o, Bakıdakı evinin Xəzər dənizinə baxan hissəsini lentə alıb. Xalq artisti videoya balkonu olan panoramalı yataq otağı ilə başlayıb. Daha sonra soyunub-geyinmə otağının içini, eləcə də mərmər pilləkənləri və dəbdəbəli üslubda zalları göstərib.
Videonun sonunda o, tennis məşqinə gedib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun