Müğənni Aytac Vidadiqızı şəxsi həyatı barədə etiraf edib.
Milli.Az xəbər verir ki, Arb Tv-də yayımlanan "Maqazinplus" verilişinin "Hər şeydən bir az" rubrikasının qonağı olan ifaçının bu barədə açıqlamaları diqqət çəkib.
Türkiyəli bəylə ailə quran Aytac seçiminə görə peşman olduğunu deyib. Həyatında yaşadığı çətinliklərə görə qadın kimi xoşbəxt olmadığını bildirən müğənni ikinci şansı olsaydı əsla evlənməyəcəyini etiraf edib.
Xatırladaq ki, Can Bəkirlə ailə qurmuşdu.
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun