Əməkdar artist Nailə İslamzadə aparıcıları tənqid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan aparıcı bir çoxlarının qeyro-peşəkar olduğunu deyib:
- "Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə
- Xalq artisti efirdə aparıcını PƏRT ETDİ - VİDEO
"Təəssüf ki, bəzi aparıcılar birbaşa efirdə öyrənirlər, hansısa mütəxəssisin yanında yox. Efirə çıxmazdan əvvəl bazaları olmur. Hamıya şamil etmirəm. Səhər verilişlərinə nəzər salırdım. Kanalların birində yayımlanan proqramı 15-20 dəqiqə izlədim. Özümü zorla salxadım ki, bunu dinləyim. Söhbət nə mənə, nə də tamaşaçıya nəsə verir. Məəttəl qalıram ki, necə özündən əmin olmaq olar? Aparıcı qız güldü. Allah atama rəhmət etsin. Düşündüm ki, atamın yanında belə gülə bilərəm? Özüm-özümə sual verirəm. Sonra dedim, yox. Atam zalım deyildi. Əksinə müəllim idi, hər şeyi başa düşən idi. Lakin bu, efirdir. Efirdə özümüzü istədiyimiz kimi aparıb, istədiyimiz kimi danışa bilmərik. Azərbaycanda veriliş aparmaq çətindir. Kanallar çoxdur, insanlar az. Həmişə eyni adamları dəvət etmək olmur, müxtəlif simalar lazımdır. İstər-istəməz onlarla söhbət də başqa səviyyədə olur. Düşünürəm ki, problem buradadır. Amma bu gün baxdığım verilişdə səhv konkret aparıcının özündə idi. Qonaqlar heç, onlar ümumiyyətlə efirə yarayan insanlar deyildi. Rafiq Hüseynov həmişə bizə bir şey deyirdi. Bəzən qonaq xoşumuza gəlmirdi. O, məsləhət görürdü ki, heç vaxt heç kimin səviyyəsinə düşməyin. Öz səviyyənizi saxlayın. Çünki hərə özünü göstərir. Sən özlüyündə qal, o özünü göstərəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun