Ağadadaş Ağayevin gerçəkləşən arzusu: O, hansı məşhur futbolçuların toyunda oxuyub?

Ağadadaş Ağayevin gerçəkləşən arzusu: O, hansı məşhur futbolçuların toyunda oxuyub?

Azərbaycan futbolunun əfsanələrindən sayılan Nazim Süleymanovun ailəsində xeyir iş olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Süleymanovun oğlu Tamerlan ailə həyatı qurub. Toyda Azərbaycan futbolunun ünlü isimləri iştirak ediblər. Məclisi isə Xalq artisti Ağadadaş Ağayev aparıb.

Ağadadaş Ağayev bildirib ki, Nazim Süleymanovun öz toyunu da idarə edib: "Nazimin toyunda da mən oxumuşam. Həmin vaxt dedim ki, Allah qismət edər, Nazimin oğlunun toyunda oxuyaram. Bu gün gözəl Allahımın o duamı gerçəkləşdirdiyi gündür".

Ağadadaş Ağayev bildirib ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da toyunda özü oxuyub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun