Braziliyanın Parelyas şəhərində səkkiz nəfərin olduğu biznes təyyarəsi qəza keçirib.
Milli.Az xəbər verir ki, "Cessna 550" tipli ikimühərrikli hava gəmisi hava limanında uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Təyyarənin göyərtəsində pilot və köməkçisi ilə yanaşı, braziliyalı musiqiçi Rey Vakero (David Linyares) və onun konsert üçün şəhərə gələn beş nəfərlik komandası olub.
Qəza zamanı xəsarət alan olmayıb. Təyyarədəki şəxslər alovlanan hava gəmisini vaxtında tərk edə biliblər.
Yanğının söndürülməsi təxminən beş saat davam edib və nəticədə təyyarə tamamilə yanıb. Qəza iştirakçıları tibbi müayinədən keçirilmək üçün xəstəxanaya aparılıblar.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə:
news.milli.az
















