Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)

Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)

Türkiyəli aktyor Burak Özçivit tədbirlərdən birində gözlənilməz etirafla qarşılaşıb.

Milli.Az xəbər verir ki, Osetiyadan olan tamaşaçılardan biri aktyora həyat yoldaşının onu çox sevdiyini və vaxtilə Burak Özçivitə görə onu qısqandığını bildirib.

Lakin kişinin növbəti sözləri həm aktyoru, həm də zalda olanları güldürüb. O, əvvəllər Burak Özçiviti bəyənmədiyini, aktyorun bir neçə filminə baxdıqdan sonra fikrinin dəyişdiyini deyib.

"Mən də sizi sevməyə başladım", - deyə tamaşaçı bildirib.

Gözlənilməz etiraf tədbirdə xoş və əyləncəli anların yaşanmasına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az