Səidə ilə Elnarənin küsülü olma səbəbi bilindi

Səidə ilə Elnarənin küsülü olma səbəbi bilindi

"Həyatda ən acığım gələn insanlar hamıdan özünü ağıllı bilənlərdir. Belə insanları heç sevmirəm. Onlardan adama xeyir gəlməz. Elnarə ilə münasibətimiz "W-trio" qrupuna görə olub. Dərin dostluğumuz olmayıb. Amma həmişə hörmət saxlamışam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Tarixin bir günü" verilişində deyib.

O, həmkarı Elnarə Xəlilova ilə küsülü olmasının əsl səbəbini izah edib:

"Soyuq münasibət illərdir aramızda davam edir. Əslində birinci mədəni olaraq mən ona sataşmışam. 15 il əvvəl zövqlə bağlı mənə sual veriləndə demişəm ki, Elnarənin zövqü yoxdur. O vaxt elə demişdim. Əslində indi də yoxdur. Olanı demişəm. Həmin vaxtdan mənimlə düşmən düşüb. Elnarədən adama düşmən çıxmaz, ayıb olar. Özünü ağıllı hesab edir və ona görə də elə danışır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun