“Kurtlar Vadisi”nin ssenaristləri ifadə verəcək

“Kurtlar Vadisi”nin ssenaristləri ifadə verəcək
“Kurtlar Vadisi”nin ssenaristləri ifadə verəcək

“Kurtlar Vadisi Pusu” serialının ssenaristləri keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində ifadəyə çağırılıb.

OLAY yazır ki, Silivri Baş Prokurorluğunun 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə bağlı başladığı istintaq davam edir.

İstintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın “məlumat sahibi” qismində ifadələrinin alınacağı bildirilib.

Qeyd edək ki, “Kurtlar Vadisi” serialında “Kazım Kaşifoğlu” obrazı üçün 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümdə ölüm əmri verilməsi və real həyatda MİT əməkdaşı Kaşif Kozinoğlunun bundan cəmi bir neçə gün sonra, 12–13 noyabr 2011-ci ildə Silivri həbsxanasında şübhəli şəkildə həyatını itirməsi, 2026-cı ilin sentyabrında yenidən açılan ölüm istintaqının ən diqqətçəkən detallarından biridir.

Mənbə: olay.az