“O, mənə bunu etmək istəyirdi…”

“O, mənə bunu etmək istəyirdi…”
“O, mənə bunu etmək istəyirdi…”

44 yaşlı rus jurnalist Kseniya Sobçak 2013-cü ildə ekranlara çıxan “Roman s kokainom” filmində iştirakı ilə bağlı çəkilmiş yataq səhnəsinin necə ortaya çıxdığını danışıb.

OLAY yazır ki, jurnalist filmdə baş qəhrəman Vadim Maslennikovun aşiq olduğu, Sonya adlı evli və cazibədar qadını canlandırıb.

Sobçakın sözlərinə görə, Maslennikov rolunu oynayan İqor Trif bu səhnəni xüsusi olaraq ssenariyə əlavə etdirib. Səbəb isə onun Sobçakla kinoda belə bir səhnə çəkmək istəməsi olub.

“Filmdə bizim yataq səhnəmiz var idi. Məlum oldu ki, bu adam həmin səhnəni xüsusi olaraq ssenariyə əlavə edib, çünki mənimlə bunu kinoda etməyə sadəcə marağı olub. Maraqlıdır” deyə Kseniya özünün “Telegram” kanalında yazıb.

“O, mənə bunu etmək istəyirdi…”
“O, mənə bunu etmək istəyirdi…”
Mənbə: olay.az