"Adanalı" serialında canlandırdığı Maraz Əli obrazı ilə məşhurlaşan Mehmet Akif Alakurt uzun fasilədən sonra ekranlara qayıtmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, uzun müddətdir televiziya layihələrində görünməyən aktyor yenidən çəkiliş meydançalarına dönməyi planlaşdırır.
Alakurtun mümkün qayıdışı xüsusilə "Adanalı" serialındakı Maraz Əli obrazını sevən pərəstişkarları arasında böyük maraq yaradıb. Aktyorun hansı serial və ya film layihəsində rol alacağı isə hələlik açıqlanmayıb.
Onun yeni layihəsi və ekranlara dönüş tarixi ilə bağlı təfərrüatların yaxın vaxtlarda məlum olacağı gözlənilir.
Milli.Az
Mənbə:
news.milli.az
















