“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov

“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov

Əməkdar artist Gülüstan Əliyeva və müğənni Eldəniz Məmmədov "Xəzər axşamı" verilişində qonaq olublar.

Milli.Az xəbər verir ki, sənətçilər proqram zamanı onlara ünvanlanan "2 milyon manatınız olsaydı, nə edərdiniz?" sualını cavablandırıblar.

Eldəniz Məmmədov bildirib ki, pulun yarısını Qarabağın bərpasına sərf edərdi:

"İki milyon manatım olsaydı, 1 milyon manatını Qarabağımızın bərpasına xərcləyərdim. Bina tikdirərdim, yaddaşlarda qalan bir iş görərdim. Maşallah olsun, dövlətimiz tərəfindən böyük quruculuq işləri gedir. Amma mən də öz adımdan bir hədiyyə edərdim. Qalan 1 milyon manatla da yaşayardım. Toya getməzdim, iş görərdim, sənətimə xərcləyərdim".

Gülüstan Əliyeva isə Qarabağda məktəb və park saldırmaq istədiyini deyib:

"Mən də Qarabağda bir məktəb tikdirərdim, "Gülüstan" parkı salardım. Dədə-baba kəndimizə asfalt çəkdirərdim. Geridə qalan pula isə mahnılar yazdırardım, dünya səviyyəsində konsertlər verərdim. İmkan olduqca daha çox ideyalar gəlir". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor

“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
Mənbə: news.milli.az