Rekordlar kraliçası Teylor…

Rekordlar kraliçası Teylor…
Rekordlar kraliçası Teylor…

Müğənni Teylor Svift 2010-cu ildən bəri “Billboard”un ilin yekun siyahılarında 9 müxtəlif ili ən uğurlu qadın sənətçi kimi başa vurub.

OLAY yazır ki, Teylor 2013, 2015, 2018 və 2020-ci illərdən sonra 2022, 2023, 2024 və 2025-ci illərdə ardıcıl dörd il qadın sənətçilər arasında zirvədə qərarlaşaraq son 16 illik dövrün yarısında siyahının 1 nömrəsi olub.

 Bu müddət ərzində zirvəyə çatan digər adlar arasında Ledi Qaqa, Adel, Keti Perri, Ariana Qrande və Oliviya Rodriqo yer alsa da, heç bir sənətçi Teylor qədər çox ili siyahının ən yuxarı pilləsində başa vura bilməyib. Xüsusilə 2022-ci ildə başlayan və dörd il boyunca fasiləsiz davam edən seriya Teylorun karyerasının 2010-cu illərdən 2020-ci illərin ortalarına qədər uzanan “Billboard” hökmranlığını da bir daha ortaya qoyur.

Rekordlar kraliçası Teylor…
Mənbə: olay.az