Fələstinə 1 milyonluq dəstək

Fələstinə 1 milyonluq dəstək
Fələstinə 1 milyonluq dəstək

Məşhur reper və söz yazarı Maklemor Fələstin xalqına dəstək məqsədilə böyük ianə edib.

 OLAY yazır ki, Ed Şiranın “Loop Tour” çərçivəsində onun konsertlərində səhnəyə çıxan sənətçilər sırasından çıxarıldıqdan sonra 43 yaşlı musiqiçi onun işdən çıxarılmasına səbəb olan xeyriyyə işinə 1 milyon dollar məbləğində qonorarını bağışlayacağını elan edib.

 Xatırladaq ki, Maklemor Ed Şiranın Nyu-Cersidəki konsertləri zamanı “Azad Fələstin” hərəkatını dəstəktəyən nitq söylədikdən sonra mübahisələrə səbəb olub. Bu, yəhudi icmasının tənqidinə səbəb olub və stadion sahibləri əgər Maklemor çıxışlarına davam edərsə, Edin qarşıdan gələn konsertlərini ləğv etməklə hədələdikdən sonra onun turdan uzaqlaşdırılması ilə nəticələnib.

Fələstinə 1 milyonluq dəstək
Mənbə: olay.az