Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu

Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu

Dünya şöhrətli müğənni Ledi Qaqanın ana olması ilə bağlı yeni detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb. Məlumata görə, 40 yaşlı sənətçi və Maykl Polanski cütlüyünün qızı dünyaya gəlib.

Bildirilir ki, körpəyə Rose Bean Polanski adı verilib. Bu adın Ledi Qaqanın "A Star Is Born" filmində səsləndirdiyi "La Vie En Rose" mahnısı ilə əlaqəli olduğu qeyd olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az