“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)

Misli Premyer Liqasının VI turu çərçivəsində bu gün keçirilən "Qarabağ" - "Şəfa" qarşılaşmasında tribunalardakı azarkeş sayı gözlənilənin qat-qat altında qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda davam edən matçda stadiona gələn izləyicilərin seyrəkliyi diqqətdən yayınmır.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanı canlı olaraq tribunalardan izləyən futbolsevərlərin sayı hətta 300 nəfərə belə çatmır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az