Müğənni Zamiq Hüseynov anasının səhhətində problem yarandığı vaxtlardan danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Günaylı Gün” verilişində açıqlama verib.
O bildirib ki, həmin dövrdə Zaur və Günay Baxşəliyevlər ona yardımçı olub:
“Anamın böyrəyində problem yarananda mən Barselonada idim. Orada gecə saat bir idi, burada səhər 4. Mənə zəng etdilər, anam telefonda həkimin adını çəkdi. Mən sizinlə əlaqə saxladım, gecə saatlarında ora getdiniz. Həll etdiniz. Özü də bilirsiniz anam mənim üçün nə qədər önəmlidir. O ağrını onda hiss etdim. Bunu onun üçün danışıram ki, yəni, siz belə insansınız. Sizin hörmətinizin qarşısında baş əyirəm”.