“Artıq sərbəst yeriyə bilirəm. Çox uzun müddətdir, həyatımın yarından çoxunda həkimlərlə ünsiyyətdə olmuşam. Həmişə onları sevmişəm. Həkimlər sanki mələkdilər. İnsana elə yaxınlaşıb, elə danışırlar ki... Fikirləşirsən ki, doğrudan da sağalaram?”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” verilişində Xalq artisti Afaq Bəşirqızı deyib. Səhhətindən danışan aktrisa artıq yaxşı olduğunu bildirib:
“Bilmirəm, dərd, azar-bezar kim tərəfindəndir? Tanrının da adına yazmaq istəmirəm. Bilirəm ki, onun xilasedici mələkləri var. Bütün xəstəliklərin ağrı-acılarına qalib gəlmək mümkündür. Amma hərəkətin, yeriməyin məhdudlaşması aktyor tayfası üçün böyük bəladır. Elza xanımın mahnısında kövrəldim. Çünki öz mədəniyyəti ilə bizə, sizə xidmət edən, tərbiyəsi ilə “halal olsun” sözünü qazanan, kişiliyi ilə ailəsinin, dostlarının üzünü ağardan aktyorlar itirmişik. Ona görə də kövrədlim ki, kimləri itirmişik. Sizə etriaf edim ki, meydan çox bayağılaşıb. Ona görə də sizdən üzr istəyirəm. İndi müalicə aldığım, əsanı atdığım, öz addımlarımla yeriyə biləcək bir xoşbəxtliyə nail olmuşam. Artıq təkliyə qapılmıram, deyirəm-gülürəm, dostlarımla görüşürəm”.