“Bumeranq” fərqli üslubda təqdim olundu

“Bumeranq” fərqli üslubda təqdim olundu
“Bumeranq” fərqli üslubda təqdim olundu

Xalq artisti Röya Ayxan və müğənni-bəstəkar Murad Arifin məşhur “Bumeranq” mahnısı DJ STKHA-nın (Emin Kərim) yeni və fərqli yanaşması ilə yenidən təqdim olunub.

OLAY yazır ki, illərdir dinləyicilər tərəfindən böyük sevgi ilə dinlənilən “Bumeranq” DJ STKHA-nın toxunuşu ilə daha dinamik, ritmik və coşqulu ab-hava qazanıb.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Murad Arifə, klipin rejissorluğu isə Emin Muradova məxsusdur.

Mənbə: olay.az