Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsi çərçivəsində keçirilən "Le Défilé" tədbirində podiuma çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun nümayişdəki çıxışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Belə ki, Serenay Sarıkayanın podiumdakı gəzintisini əks etdirən və qlobal sosial media hesabında paylaşılan video qısa müddətdə 7 milyon baxış sayı toplayıb.
Bildirilir ki, həmin tədbirdə eyni podiumda addımlayan dünyaşöhrətli model Kendall Jennerin videosu isə 2 milyon baxış əldə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















