Aparıcı Nübar Əbil Space TV-də fəaliyyətə başlayır.
Milli.Az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:
"Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həftə içi 5 gün səhər saat 8-dən 10-a qədər Space TV-də tamaşaçıların görüşünə gələcəyimi bildirmək istəyirəm".
Qeyd edək ki, Nübar əvvəllər AzTV-də yayımlanan "Günə davam" proqramında çalışıb. O, daha sonra fəaliyyətini "Mədəniyyət TV"də davam etdirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















