Xalq artisti Emin Ağalarov Yeni İl ərəfəsində "44" adlı yeni albomunu təqdim edərək dinləyicilərini sevindirib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında məlumat yayıb.
Alboma təkcə solo ifalar deyil, həm də Ağalarovun Rusiya estradasının parlaq simaları ilə oxuduğu duetləri də daxildir:
"Bu albomda yayımlanmayan çoxlu duet mahnılar var. Hətta çox bəyəndiyim, tamamilə yeniləri də var. Yeni albom yeni bir musiqi fəslidir. Duet yazdığımız bütün sənətçilərə, bütün müəlliflərə və səs prodüserlərinə təşəkkür edirəm. Tezliklə hər mahnı haqqında ayrı-ayrılıqda danışacam, amma hələlik bütün rəqəmsal platformalarda dinləyək".
Qeyd edək ki, 44 rəqəminin seçilməsi təsadüfi deyil. Belə ki, 12 Dekabrda sənətçinin 44 yaşı tamam olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun