ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)

ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)

"Avroviziya"da Azərbaycanı təmsil edən Fərid Məmmədov sosial şəbəkədəki son paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi izləyiciləri üçün yeni canlı ifasını təqdim edib. Fərid Məmmədov kamera qarşısında "On My Soul" mahnısını oxuyaraq həmin anlardan görüntüləri sosial media hesabında yayımlayıb.

Müğənni paylaşımında Bakıya da xüsusi müraciət ünvanlayıb. "Salam, Bakı! Bu mahnı ruhu ilə dinləyən hər kəsə getsin", - deyə Fərid Məmmədov qeyd edib.

Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ildə "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və yarışmanı ikinci pillədə başa vurub. Müsabiqədən sonra ailə həyatı quran sənətçi ABŞ-yə köçüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az