Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində aktrisa Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin test nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində hər iki aktyordan məhkəmə-tibbi ekspertiza üçün nümunələr götürülüb.

Türkiyə mətbuatında yayılan məlumata görə, Afra Saraçoğlunun saç nümunəsinin analizində kokain aşkarlanıb. Aras Bulut İynemlinin isə narkotik testinin nəticəsi mənfi olub.

İstintaq çərçivəsində İynemlidən saç, qan və sidik nümunələri götürülüb. Nümunələr alındıqdan sonra aktyor sərbəst buraxılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: news.milli.az