“Deputat olmaq istəmirəm”

“Deputat olmaq istəmirəm”

İş xanımı Ruhiyyə Əliyeva haqqında yayılan əsassız xəbərlərə münasibət bildirib.

Milli.Az olay-a istinadən bildirir ki, iş xanımının sosial media hesablarında paylaşdığı məlumatda qeyd olunub:

"Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir. Əvvəla, bir neçə ay bundan öncə jurnalist Zamirə xanımın verilişindəki müsahibəmdə bu məsələyə toxunmuşam və öz mövqeyimi bildirmişəm. İkincisi, hazırda Türkiyədə istirahət edirəm və vətənə yalnız avqust ayının sonlarında qayıdacam. Hər halda deputat seçkilərinə qatılmaq istəyən namizəd indi Azərbaycanda olmalı və seçkiyə hazırlaşmalı idi. Bu məzmunlu yazılar yazan jurnalistlər kimlərinsə sifarişini yerinə yetirməkdənsə, öz məsləklərinə hörmət etsinlər və dəqiqləşdirilməmiş məlumatlar yaymasınlar. Mənim deputat olmağımdan narahatlıq keçirənlərə isə demək istəyirəm ki, gecələr rahat yatın, belə bir istəyim yoxdur. Mən azad sahibkar kimi bu gün xoşbəxtəm və dövlətimə, xalqıma, eyni zamanda cənab Prezident İlham Əliyevin idealarına sadiqəm. Kiməsə kömək edə bilirəmsə və dəstək ola bilirəmsə bu məni deputat olmaqdan daha xoşbəxt edir. Mən dövlətimi bəziləri kimi deputat olmadan da sevməyi bacarıram. Doğma rayonum Tovuzdan kimin deputat seçilməsini də maraqla gözləyəcəyəm. Dövlətimiz və millətimiz üçün bu seçkilər xeyirli olsun".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun