İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)

İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)

Müğənni Mətanət Əsədova ilə Əməkdar artist Elza Seyidcahanın səmimi görüntüləri diqqət çəkib.

Milli.Az xəbər verir ki, uzun müddətdir aralarında soyuqluq olduğu deyilən sənətçilər bu dəfə bir araya gələrək qucaqlaşıblar. Onların görüş zamanı bir-birinə səmimi münasibəti ətrafdakıların da marağına səbəb olub.

Mətanət Əsədova və Elza Seyidcahanın bu anları lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Görüntülər sənətçilərin münasibətlərinin dəyişməsi ilə bağlı izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az