Müğənni Aytac Vidadiqızı son dövrlərdəki görünüşü ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçinin çəki itirməsi və bədən quruluşundakı dəyişiklik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aytac Vidadiqızı isə arıqlamasının səbəbi ilə bağlı MTV-də yayımlanan verilişlərin birində danışıb.
Müğənni efir zamanı artıq çəkidən xilas olmasının sirrini açıqlayıb və bu istiqamətdə hansı addımları atdığını bölüşüb.
Sənətçinin yeni görünüşü izləyicilərin də diqqətindən yayınmayıb. Aytac Vidadiqızının bədən quruluşundakı dəyişikliklə bağlı sosial şəbəkələrdə müxtəlif rəylər yazılıb və görüntülər müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















