“Mən bilmədən məndən ayrılıb...”

“Mən bilmədən məndən ayrılıb...”
“Mən bilmədən məndən ayrılıb...”

55 yaşlı İlon Maskın sevgilisi və dörd övladının anası Şivon Zilis milyarderlə ayrılmaları barədə danışıb.

OLAY yazır ki, “Neuralink” şirkətinin 40 yaşlı rəhbəri “X” sosial şəbəkəsində uzun bir paylaşım edərək, “İlonu həyatdan da çox sevirdim” deyə etiraf edib və ayrılığın onun üçün gözlənilməz olduğunu bildirib.

Hər şey istifadəçilərin “Tesla” şirkətinin təsisçisinin ona məxsus platformada Zilisi izləmədən çıxarmasına diqqət yetirməsi ilə başlayıb. Bu barədə yazılan paylaşımın altında müzakirə qızışıb və qısa müddət sonra Şivon məsələ ilə bağlı açıqlama verib.

“Cəmi bir həftə ərzində, həm də tamamilə gözlənilmədən, ayrılıq vəziyyətinə keçmək çətindir, amma bəzən belə olur. Mən onu həyatdan da çox sevirdim. O, mənə yüz ömürlük bilik verib və həyatımı inanılmaz dərəcədə dolğun edib. Buna görə də indi böyük bir itki yaşayıram. Amma xoşbəxtlikdən bizim dörd gözəl övladımız var. Mən buna görə sonsuz dərəcədə minnətdaram — onların sayəsində hər gün həyatımın ən gözəl gününə çevrilir. Çox ümid edirəm və dua edirəm ki, onunla yaxşı dost olaraq qalaq və övladlarımız üçün yaxşı valideynlər olmağa davam edək” deyə o, yazıb.

“Mən bilmədən məndən ayrılıb...”
“Mən bilmədən məndən ayrılıb...”
Mənbə: olay.az