"Torpaq, oğul həsrəti atamı əydi"

"Torpaq, oğul həsrəti atamı əydi"

"Dağ kimi vüqarlı atam. Kəndinə, elinə, obasına sadiq insan. Müharibə başlayandan ta ki, yağı düşmən torpaqlarımızı işğal edən günə kimi atam savaşdı. Gecələri yuxu yatmadı, yatağı səngər idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı atası ilə bağlı paylaşımında yazıb. O bildirib ki, atası uzun illər sonra işğaldan azad edilən Narıncılar kəndinə gedib:

"Ən sonuncu işğal edilən kənd Narıncılar oldu, oranı son tərk edənlərdən biri də dağ vüqarlı, vətənpərvər atam oldu. İllər sonra o kəndə döndü, amma torpaq, oğul həsrəti dağ vüqarlı kişini əymişdi. Xəstəlik o torpaqlara getməyə mane ola bilmədi. Dağ vüqarlı atam, ağrılarını içinə çəkərək Narınclara getdi. İllər öncə qoyduğu kənd yox idi. Geriyə xarabalığı xatırladan bir kənd qalmışdı. Dedi, oğlunun məzarını ziyarət edəcək. O da yoxdu. Qəbirlər dağıdılmış halda... Otları yararaq oğlunun məzarını axtaran atama bacılarım kömək edib, oğlunun məzarını tapır. Və "kəndimə qovuşdum, daha arzum qalmadı" deyib, gördüyünüz bu fotonu çəkdirir. Gözəl kəndimiz və o gözəl yerlərdə atamın unutmayacağı xatirələri...".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun