Aktrisa Nikol Kidman və qızı Feyt Kidman Urban Paris Moda Həftəsində birlikdə görüntüləniblər.
OLAY yazır ki, 59 yaşlı “Oskar” mükafatlı aktrisa və onun 15 yaşlı qızı Fransanın Paris şəhərində keçirilən “Chanel” moda evinin 2027-ci ilin yaz-yay qadın kolleksiyasının nümayişində iştirak ediblər.
Qonaqlar arasında Dua Lipa, Rozi Hantinqton-Uaytli, Olivia Uayld və Marion Kotiyar da olub.
Müğənni Dua Lipa “Chanel” tərəfindən hazırlanmış, tüklərlə bəzədilmiş diqqətçəkən qırmızı libas geyinib. O, görünüşünü mirvarilərlə işlənmiş əl çantası ilə tamamlayıb. Parlaq rəng və tüklü tekstura onun geyimini tədbirdə ən çox diqqət çəkən obrazlardan birinə çevirib.






Mənbə:
olay.az

















