Opera divası Anna Netrebko ilə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ayrılıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçılar birgə bəyanatda bildiriblər.
"Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra biz ayrılmaq qərarına gəldik. Biz Tiaqoya (Anna Netrebkonun əvvəlki nikahdan olan oğlu) ümumi sevgi ətrafında birləşən yaxın dost olaraq qalırıq", - deyə sənətçilər qeyd ediblər.
Netrebko və Eyvazovun sözlərinə görə, ayrılıq onların birgə çıxışlarına təsir etməyəcək. Keçmiş cütlüyün qarşıdan gələn çıxışları "La Scala" ("Turandot) və "Arena di Verona" ("Tosca") da baş tutacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun